...

ARDNF-nin idxal etdiyi qızıl gömrük yığımından azad edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 13:26 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Dövlət Neft Fondunun (ARDNF) ehtiyacları üçün ölkəyə idxal olunan qızıl ƏDV-dən və gömrük yığımından azad edilib.
ARDNF-nin idxal etdiyi qızıl gömrük yığımından azad edilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.İsmayılov /

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Dövlət Neft Fondunun (ARDNF) ehtiyacları üçün ölkəyə idxal olunan qızıl ƏDV-dən və gömrük yığımından azad edilib. Bu barədə bazar ertəsi Trend-ə fonddan məlumat verilib.

2012-ci il fevralın 1-dən Neft Fondu 10 min unsiya qızılın gündəlik satınalmasına başlayıb. Bu ilin iyul ayının birinə olan vəziyyətə görə, fondun investisiya portfelinə 6847 kiloqram (220 146 unsiya) qızıl daxil olub.

"Fond tərəfindən ölkəyə gətirilən qızılın ƏDV-dən və gömrük rüsumundan azad edilməsi barədə qərar artıq qəbul edilib", - Dövlət Neft Fondundan bildiriblər.

Bir müddət əvvəl ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov sentyabrın 18-də fond tərəfindən 10 ton qızıl alındığını və həmin qızılın Böyük Britaniyanın banklarında saxlanıldığını bildirib.
Onun sözlərinə görə, ümumilikdə, fond iki il ərzində qiymət dəyişiklikləri riskinin mövcudluğu ilə əlaqədar mərhələli şəkildə 30 tona yaxın qızıl almağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti