...

Bakı MDB-də yeni maliyyə bazarları imkanlarının müzakirəsi mərkəzi seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 10:52 (UTC +04:00)
Bakıda noyabrın 14-dən 17-dək MDB ölkələrinin V Bakı Beynəlxalq Bank Konfransı keçiriləcək.
Bakı MDB-də yeni maliyyə bazarları imkanlarının müzakirəsi mərkəzi seçilib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir C.Nəsibova/

Bakıda noyabrın 14-dən 17-dək MDB ölkələrinin V Bakı Beynəlxalq Bank Konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Maliyyə-Bank Şurasının (MBŞ) rəsmi saytında bildirilib.

Builki konfransın mövzusu "MDB maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" adlanır.

Konfransın işgüzar proqramı milli və beynəlxalq institutlarının, regional birləşmələrin yeni şəraitində MDB ölkələrinin bank sistemlərinin inkişafı məsələlərinin, həmçinin başqa əhəmiyyətli məsələlərin müzakirəsini nəzərdə tutur.

Plenar iclaslarda dünya iqtisadiyyatının davam edən böhranı şəraitində MDB-nin maliyyə bazarlarının sabitliyinin artımı, MDB-nin Azad ticarət zonası haqqında müqavilənin qəbulunu nəzərə alaraq qarşılıqlı təsirin yeni imkanları, alternativ maliyyə məhsullarının və perspektivli texnologiyaların tətbiqi, MDB ərazisində islam bankçılığının inkişafı, Birlik ölkələrinin inkişaf proqramlarının həyata keçirilməsi üçün əhalinin vəsaitlərinin cəlb edilməsi imkanları kimi məsələlər müzakirə ediləcək.

Konfransda MDB iştirakçısı olan dövlətlərin hökumət və nazirliklərinin nümayəndələri, beynəlxalq inkişaf institutları, həmçinin Birliyin milli və Asiyanın və Avropa dövlətlərinin ən iri banklarının rəhbərləri iştirak edəcəklər.

Konfransın keçirilməsi Azərbaycanın ən böyük maliyyə institutu olan Azərbaycan Beynəlxalq Bankının yaradılmasının 20 illik yubileyinin qeyd edilməsi ilə eyni vaxta təsadüf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti