...

Azərbaycan və Bolqarıstan iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2012 14:20 (UTC +04:00)
Bolqarıstanlı nazirin Bakıya səfəri çərçivəsində noyabrın 5-də Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək.
Azərbaycan və Bolqarıstan iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir C.Nəsibova /

Azərbaycan və Bolqarıstan noyabrın əvvəlində Bolqarıstan Respublikasının regionların inkişafı və ictimai işlər naziri Liliyana Pavlovanın başçılıq etdiyi nümayəndə heyətinin səfəri müddətində iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Bolqarıstanlı nazirin Bakıya səfəri çərçivəsində noyabrın 5-də Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək.

Tədbirdə infrastruktur, mühəndislik, elektroenergetika, neft-qaz və digər növ komplekslərin, həmçinin müxtəlif növ obyektlərin tikinti və layihələndirilməsi sahəsində fəaliyyət göstərən Bolqarıstan iş adamları iştirak edəcəklər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin yanvar-sentyabrında ölkələr arasında əmtəə dövriyyəsi 486,57 milyon dollar təşkil edib ki, bunun 470,217 milyon dolları ixracın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti