...

MDB bankları üçün Azərbaycanın bank sektorunun cəlbediciliyi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 12:12 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı tərəfindən bankların [kapitala tələb 2014-cü ildən beş dəfə böyüyür - 50 milyon manata qədər] kapitallaşdırılmasına dair tələblərin sərtləşdirilməsi ölkə bazarını MDB bankları üçün cazibədar edir.
MDB bankları üçün Azərbaycanın bank sektorunun cəlbediciliyi artır

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan Mərkəzi Bankı tərəfindən bankların [kapitala tələb 2014-cü ildən beş dəfə böyüyür - 50 milyon manata qədər] kapitallaşdırılmasına dair tələblərin sərtləşdirilməsi ölkə bazarını MDB bankları üçün cazibədar edir. Trend-in məlumatına görə, bu barədə MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov cümə axşamı "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda Birlik dövlətlərinin V Bakı Beynəlxalq Bank Konfransında çıxışında deyib.

"Azərbaycan Mərkəzi Bankı ölkənin bank bazarının risklərdən müdafiəsinə yönəldilmiş çox ciddi ölçülər götürür. Yeni tələblər çox yüksək plankadır. Bir sıra banklar fəaliyyətini dayandıracaq, amma digər tərəfdən, bu, MDB banklarının ölkəyə gəlişi üçün yaxşı şərait yaradır, burada yaxşı işgüzar mühit var", - Kazakov qeyd edib.

Cümə axşamı AMB-nin baş direktoru Rəşad Orucovun jurnalistlərə bildirdiyi kimi, banklar artıq birləşmə üzrə danışıqlara başlayıblar.

"İndi müxtəlif bankların arasında müxtəlif kombinasiyalarda danışıqlar aparılır. Bu mərhələdə heç kəs, əlbəttə, planları açmayacaq. Biz nəticələri gözləyirik. Bu, ağır prosesdir. Bu qərar bazarda əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq", - Orucov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti