...

Azərbaycanda içməli su və kanalizasiya xidmətləri istifadəçilərinin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 20:03 (UTC +04:00)
Oktyabrın 1-nə olan məlumata görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ölkə üzrə 1 115 732 abunəçiyə xidmət göstərir.
Azərbaycanda içməli su və kanalizasiya xidmətləri istifadəçilərinin sayı artıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Oktyabrın 1-nə olan məlumata görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ölkə üzrə 1 115 732 abunəçiyə xidmət göstərir.

Trend ASC-nin rəsmi saytına istinadən məlumat verir ki, istehlakçıların 97%-ni əhali, 3%-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Cari ilin üçüncü rübündə içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmış istehlakçıların sayı 4917 abunəçi və ya 0,4% artıb.

Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.

2012-ci ilin üçüncü rübündə əhali və qeyri-əhali qrupu abunəçiləri üzrə 6 mindən çox su sayğacı quraşdırılıb. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin ümumi sayı 540 206-ya çatıb. Hazırda abunəçilərin 48 faizi sayğacla təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti