...

"Bank of Baku" pul köçürmələri çərçivəsində güzəştli kredit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2012 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr/Trend/

"Bank of Baku" bir ölkədən digərinə təcili pul köçürməyə ehtiyacı olan şəxslər üçün güzəştli kampaniya elan edir. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın yaydığı məlumatda deyilir.

1 dekabr tarixindən başlayan kampaniya çərçivəsində bonus kart sahibləri güzəştli şərtlərlə arayışsız kredit əldə edə biləcək.

Bonus kartı 2010-cu ilin aprel ayından etibarən bankın təcili pul köçürmə xidmətlərindən yararlanmış müştərilərə verilən xüsusi kartdır. Kart təcili pul köçürmə sistemləri vasitəsilə əməliyyat (köçürmə və göndərilmiş vəsaitin nağdlaşdırılması əməliyyatları) aparan bütün müştərilərə pulsuz təqdim olunur. Kartların sahibləri köçürülən və alınan vəsaitin 0,20%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 AZN-dən artıq olduqda həmin bonusları nağdlaşdıra bilir. Bonus kartından vəsaitin nağdlaşdırılması yalnız "Bank of Baku"-nun ATM və POS terminalları vasitəsilə aparıla bilər.

Kampaniyanın əsas üstünlüklərindən biri arayışsız güzəştli kredit almaq imkanından ibarətdir. Kredit üçün müraciət ayı daxil olaraq son 12 ayın ən azı 6 ayında bankın təcili pul köçürmələri xidmətindən istifadə edən və sonuncu istifadədən 3 aydan çox müddət keçməyən müştərilər arayış təqdim etmədən kredit əldə edə biləcək. Təcili köçürmə müştəriləri üçün arayışsız kreditin məbləği onun bankla iş tarixçəsindən asılı olaraq dəyişir və maksimal olaraq 2000 AZN-dəkdir. Bonus kart sahibi eyni zamanda bankın istehlak kreditləri üzrə müştərisi olarsa maksimal kreditin məbləği 5000 AZN-dək ola bilər. Bu zaman ona standart faiz dərəcəsindən əlavə endirim edilir.

Bu kampaniya ilə "Bank of Baku" yaxınları xaricdə işləyən və ya təhsil alan şəxslər üçün sərfəli bir fürsət yaratmış olur.
Bu kampaniyanın şərtləri ilə daha yaxından tanış olmaq üçün "Bank of Baku"-nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək olar, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət edib istənilən sual vermək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti