...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2012 11:48 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir C.Nəsibova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7848 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

19 noyabr

0,7848

26 noyabr

0,7849

20 noyabr

0,7848

27 noyabr

0,7849

21 noaybr

0,7848

28 noaybr

0,7848

22 noyabr

0,7849

29 noyabr

0,7847

23 noyabr

0,7849

30 noyabr

0,7847

Həftə ərzində orta

0,78484

Həftə ərzində orta

0,7848

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0002 bənd möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78388 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): noyabrın 26-da 0,7840 AZN/USD məzənnə ilə $5,988 mln.; noyabrın 27-də 0,7840 AZN/USD məzənnə ilə $2,1 mln.; noyabrın 28-də 0,7838 AZN/USD məzənnə ilə $2,9 mln.; noyabrın 29-da 0,7838 AZN/USD məzənnə ilə $26,79 mln. və noyabrın 30-da 0,7838 AZN/USD məzənnə ilə $1,971 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

19 noyabr

0,7839

26 noyabr

0,7840

20 noyabr

0,7839

27 noyabr

0,7840

21 noaybr

0,7839

28 noaybr

0,7838

22 noyabr

0,7839

29 noyabr

0,7838

23 noyabr

0,7840

30 noyabr

0,7838

Həftə ərzində orta

0,78392

Həftə ərzində orta

0,78388

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti