Azərbaycan, Bakı, 6 dekabr /Trend/
2012-ci ilin noyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 4 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 8,9 faiz, idxal üzrə 2,9 faiz ucuzlaşıb, ixrac üzrə 0,2 faiz, tranzit üzrə isə 3,1 faiz bahalaşıb.
Sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 3,3 faiz ucuzlaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 10,8 faiz və 10,2 faiz bahalaşıb, MDB ölkələrinə yükdaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
Telekommunikasiya sahəsində mobil telefon rabitəsi üzrə tariflər 3,9 faiz bahalaşıb.