...

Bakı Fond Birjası onlayn ödənişlər sistemini tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 18:02 (UTC +04:00)
Bakı Fond Birjası göstərdiyi xidmət səviyyəsini yüksəltmək məqsədilə öz veb-saytında onlayn ödənişlər sistemini tətbiq edib.
Bakı Fond Birjası onlayn ödənişlər sistemini tətbiq edib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Bakı Fond Birjası göstərdiyi xidmət səviyyəsini yüksəltmək məqsədilə öz veb-saytında onlayn ödənişlər sistemini tətbiq edib.

Birjadan trend-ə verilən məlumata görə, artıq BFB-nin informasiya bülletenlərinə abunə olan təşkilat və şəxslər, birja komissiyalarını və Məsafədən Qoşulma İş Yerləri terminallarından istifadə rüsumunu ödəmək istəyən broker təşkilatları (birja üzvləri) www.bfb.az saytı vasitəsilə sözügedən ödənişləri edə biləcəklər.

İnformasiya bülletenləri üzrə onlayn ödənişlərlə bağlı ortaya çıxan hər hansı sualla bağlı aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:

Tel: 4989820 (daxili 108 və ya 555), Marketinq şöbəsi
Email: [email protected]; [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti