...

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 19:44 (UTC +04:00)
Azərbaycanda noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,1 faiz ucuzlaşıb.
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycanda noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,1 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 94,9 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,1 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz bahalaşıb.

Noyabr ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,9 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 7,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 4,3 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, neft məhsullarının istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 8,4 faiz, qida məhsullarının istehsalı üzrə 5,6 faiz, içki istehsalı üzrə 3,6 faiz, toxuculuq sənayesi üzrə 3,5 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 2,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,5 faiz, mebel istehsalı üzrə 1,9 faiz, metallurgiya sənayesi üzrə 0,7 faiz, geyim istehsalı üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı, poliqrafiya fəaliyyəti və əczaçılıq məhsullarının istehsalı üzrə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,2 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti