...

Azərbaycan və Almaniya inkişaf naminə əməkdaşlıq siyasətinə dair danışıqların yekunu üzrə protokol imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2012 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bakıda Azərbaycan hökuməti və Almaniya Federativ Respublikası hökumətinin nümayəndə heyətləri arasında inkişaf naminə əməkdaşlıq siyasətinə dair danışıqlar keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Almaniya tərəfindən müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu danışıqlar qrupuna Azərbaycan tərəfindən nazirliyin Aparat rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə bu ölkənin Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənub Şərq, Şərqi Avropa və Cənubi Qafqaz üzrə şöbə müdirinin müavini Yoxen Böhmer rəhbərlik edib.

Danışıqlar zamanı ölkəmizdə su təchizatı, ətraf mühit, bərpa olunan enerji, ədliyyə, kiçik və orta sahibkarlıq, təhsil və dövlət idarəçiliyi kimi sahələrin inkişaf etdirilməsi istiqamətində Almaniyanın KfW İnkişaf Bankı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Danışıqların yekunu üzrə protokol imzalanıb. Sənəddə növbəti illərdə Almaniya hökuməti tərəfindən müvafiq sahələrdə layihələrin həyata keçirilməsinə 137 milyon avro vəsaitin ayrılması niyyəti əks olunub.

Qeyd edək ki, Azərbaycan və Almaniya nümayəndə heyətləri arasında inkişaf naminə əməkdaşlıq siyasətinə dair danışıqlar 1995-ci ildən keçirilir. Bu günədək maliyyə əməkdaşlığı çərçivəsində Almaniya tərəfindən Azərbaycana 133,4 milyon avro məbləğində kredit, texniki əməkdaşlıq çərçivəsində isə 44,9 milyon avro həcmində qrant ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti