...

Bölgələrdə su və kanalizasiya xətləri yeniləri ilə əvəz edilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

2012-ci ilin 11 ayı ərzində "Birləşmiş Sukanal" MMC-nin xidmət göstərdiyi ərazilərdə əhaliyə normal və keyfiyyətli içməli suyun verilməsi, köhnəlmiş avadanlıqların, su və kanalizasiya xətlərinin dəyişdirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Oğuz rayonunun Bayan, Bucaq, Kərimli və Xaçmaz kəndlərində 15,9 km uzunluğunda paylayıcı su xətləri çəkilib, 13,2 km uzunluğunda Balaşum-Böyük Söyüdlü magistral su xətləri istismara verilib. Rayonun Baş Daşağıl kəndində içməli su problemini həll etmək məqsədilə 3,7 km uzunluğunda su xətti çəkilib, 100 kubmetr tutumu olan su anbarı inşa edilib.

Cəbhəyanı rayonlar olan Ağdamın Şükürağalı, Kolqışlaq və Mirəşelli, Tərtərin Qapanlı və Qazyan, eləcə də Füzuli rayonunun Alxanlı kəndlərində müxtəlif diametrli borularla 27 km uzunluğunda su xətti çəkilib, 2 subartezian quyusu qazılaraq hər birinin həcmi 25 kubmetr olan 6 su çəni quraşdırılıb.

Həmçinin, Zaqatala rayonunun Danaçı, Salyan rayonunun Xıdırlı, Xızı rayonunun Şurabad və Türkoba, Şabran rayonunun Gilavar, Gədəbəy rayonunun Pərizamanlı kəndində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilib. Ümumilikdə 9 rayonun 30-dan çox kəndində 200 km-dək su, 3 km kanalizasiya xətti çəkilib, 23 ədəd subartezian quyusu qazılıb və istismara verilib. Bununla yanaşı, 226 dəst siyirtmə, 14 ədəd müxtəlif tipli elektrik mühərrikləri, 116 dəst müxtəlif tipli su nasosları quraşdırılıb. Görülmüş tədbirlər nəticəsində 32 mindən artıq insanın su təchizatı yaxşılaşıb.

Qeyd edək ki, "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC 354 kənd və qəsəbəyə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti