...

Azərbaycanın qeyri-neft sektoru vergi yığımlarının 57 faizə qədərini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2012 18:34 (UTC +04:00)
2012-ci ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5,634 milyard manat təşkil edib.
Azərbaycanın qeyri-neft sektoru vergi yığımlarının 57 faizə qədərini təmin edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir C.Nəsibova/

2012-ci ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5,634 milyard manat təşkil edib.

Trend-in çərşənbə günü Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu məbləğin 38,6 faizi mənfəət vergisinin, 23,7 faizi əlavə dəyər vergisinin, 13,1 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,3 faizi aksizlərin, 17,3 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 3,21 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz çoxdur.

Yanvar-noyabr aylarında respublika üzrə 66 445 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin dekabr ayının 1-dək 51 128 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 dekabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 477 038 olub.

2012-ci ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti