...

"DəmirBank" filiallarında Q-Matic sisteminin tətbiqinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 13:34 (UTC +04:00)
"DəmirBank" filiallarda müştərilərə xidmət zamanı növbə prosesinin effektiv idarə edilməsi üçün Q-Matic sisteminin tətbiqinə başlanılıb.
"DəmirBank" filiallarında Q-Matic sisteminin tətbiqinə başlayıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

"DəmirBank" filiallarda müştərilərə xidmət zamanı növbə prosesinin effektiv idarə edilməsi üçün Q-Matic sisteminin tətbiqinə başlanılıb. Q-Matic şirkəti bütün dünyada ən qabaqcıl və lider mövqelərə malik elektron növbə idarəetmə sistemləri istehsal edir.

"DəmirBank"ın Əməliyyat İdarəsi və Mərkəz filiallarında Q-Matic sistemi tam istifadəyə verilib, eləcə də Nərimanov filialında onun tətbiqi yekunlaşır. Yaxın gələcəkdə bankın digər filiallarında da bu proses mərhələli şəkildə həyata keçiriləcəkdir.

Q-Matic növbə idarəetmə sisteminin menyusunda hüquqi və fiziki şəxs müştərilər üçün müxtəlif xidmət seçimləri mövcuddur, bu da müştərilərin filialda rahat istiqamətləndirilməsini və effektiv növbə prosesini təmin edir. Q-Matic sistemi ilə müştərilər xidmətin keyfiyyətini 5 ballıq dərəcə ilə qiymətləndirə biləcəklər, bu isə müştəri xidməti keyfiyyətinə əlavə nəzarət imkanları yaradacaq və işçiləri daha yaxşı xidmət göstərməyə sövq edəcək.

Q-Matic sistemi həmçinin geniş statistik təhlillər imkanlarına malikdir. Sistem vasitəsilə müxtəlif xidmətlərlə bağlı müştəri müraciətləri, xidmət olunma vaxtları, xidmətin keyfiyyəti və sair meyarlar üzrə bütün bank, filiallar və işçilər səviyyəsində təhlillər aparmaq mümkündür.

Ölkənin ilk banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti