...

AXA MBASK "Express Services Group" şirkəti ilə saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2013 13:12 (UTC +04:00)
Distribüter şəbəkəsini genişləndirən AXA MBASK sığorta şirkəti "Express Services Group" (ESG) şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıb.
AXA MBASK "Express Services Group" şirkəti ilə saziş imzalayıb

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Distribüter şəbəkəsini genişləndirən AXA MBASK sığorta şirkəti "Express Services Group" (ESG) şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıb.

Sığorta şirkətindən Trend-ə verilən məlumata görə, eksklüziv sazişə əsasən, "Express Services Group" şirkəti AXA MBASK-ın sığorta məhsullarını ölkənin bütün ərazisində 28 sığorta növü üzrə satacaq.

"Express Services Group" şirkəti həm korporativ, həm də fərdi müştərilərə xidmət təqdim edir və müştərilərin sual və tələblərini vaxtında cavablandırmaq məqsədilə "call center" - telefon mərkəzi də fəaliyyət göstərir.

Müştəri rahatlığı üçün "Express Services Group" şirkəti sığorta müqavilələrinin müştərinin ünvanına çatdırılmasına dair ekspress xidmətlər də göstərir. Sığorta şəhadətnaməsini əldə etmək üçün müştərilər şirkətin call center-inə - (012) 488 64 54 nömrəsinə zəng vura, yaxud şirkətin "Azure Business Center"dəki (Yeni Həyat) mərkəzi ofisinə müraciət edə bilərlər.

Həmçinin, "Express Services Group" şirkəti milli sığorta agentlərinə şirkətdə peşə ixtisasını təkmilləşdirərək püxtələşmək üçün ən əlverişli imkanlar yaradır.

Sazişin imzalanmasını şərh edən şirkətin baş səhmdarı Rəşad Abbasov bildirib: "Müştəriyə keyfiyyətli xidmət göstərmək, təklif etdiyimiz sığorta xidmətinin keyfiyyəti biznesimizin inkişafında başlıca amillərdir. Ölkədəki ən iri sığortaçı, dünyada ad-san sahibi AXA şirkətinin nümayəndəsi olan şirkətlə tərəfdaş olmaqla müştərilərimizin də ən yüksək beynəlxalq standartlara uyğun həqiqətən keyfiyyətli xidmət alacaqlarına əmin oluruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti