...

Qiymətli kağızlar bazararının peşəkar iştirakçılarının risklərini azaltmaq üçün preventiv tədbirlər görüləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2013 13:57 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" qaydaları təsdiq edilib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Qiymətli kağızlar bazararının peşəkar iştirakçılarının risklərini azaltmaq üçün preventiv tədbirlər görüləcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" qaydaları təsdiq edilib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nın yaydığı məlumatda deyilir.

Sözügedən qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlərin fəaliyyətini tənzimləyir və onlar tərəfindən müştərilərin məlumatlandırılmasına, tapşırıqlarının icra edilməsinə, aktivlərinin geri qaytarılmasına, habelə broker və müştəri arasında bağlanılmış müqaviləyə dair tələbləri müəyyən edir.

Həmçinin, QKDK-nin qərarı ilə "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması" qaydaları təsdiq edilib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qaydalar qiymətli kağızlar bazarında çevik və risk əsaslı prudensial tənzimləmənin və nəzarətin təmin edilməsi məqsədilə qabaqcıl beynəlxalq standartların tələbləri nəzərə alınmaqla hazırlanıb. Belə ki, həmin qaydalarla müəyyən olunmuş yeni hesabatlılıq sistemi qiymətli kağızlar bazarında peşəkar iştirakçılarının maliyyə dayanıqlılığının və idarəetmə sistemlərinin mütəmadi olaraq qiymətləndirilməsinə, müəyyən edilmiş risklərin azaldılması məqsədilə preventiv tədbirlərin görülməsinə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti