...

Gədəbəydə sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2013 17:13 (UTC +04:00)
Bu gün Gədəbəy rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Gədəbəy rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.
Gədəbəydə sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bu gün Gədəbəy rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Gədəbəy rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətlərinin təcrübəsi barədə iştirakçılara məlumat verilib.

Treninqdə, həmçinin "Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları" mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, taxılçılığın inkişafı istiqamətləri və s. barədə ətraflı məlumatlar verilib.

Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portallardan istifadə qaydaları və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti