...

"Kapital Bank" ödəniş kartları ilə yeni aksiyaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 11:25 (UTC +04:00)
"Kapital Bank" Novruz bayramı münasibətilə 20 mart tarixindən yeni kampaniyaya start verir.
"Kapital Bank" ödəniş kartları ilə yeni aksiyaya başlayır

Azərbaycan, Bakı, 19 mart/Trend/

"Kapital Bank" Novruz bayramı münasibətilə 20 mart tarixindən yeni kampaniyaya start verir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, kampaniya "Bizim Market", "Premium", "Grandmart" mağazalar şəbəkəsində keçiriləcək. Mastercard ödəniş kartına sahib olan hər kəs bu kampaniyaya qatıla bilər. Məqsəd müştəriləri nağdsız ödənişlərə həvəsləndirmək, "Kapital Bank"ın POS terminalları vasitəsilə aparılan əməliyyatların sayını artırmaqdır.

Şərtlərə görə, göstərilən marketlərdə "Kapital Bank"ın POS terminalları vasitəsilə 30 manatdan - 50 manata qədər, 51 manatdan - 100 manata qədər və 101 manatdan yuxarı Azərbaycanda bütün banklar üzrə MasterCard ödəniş kartları vasitəsilə ödəniş edən hər bir müştəriyə xüsusi kupon təqdim olunur. Kuponlar hər məbləğ üzrə fərqli - göy, qızılı və gümüşü rənglərdədir. Bütün kuponlar uduşludur.

Müştəri ödənişi başa çatdırandan sonra kassirin təqdim etdiyi kuponun uduş zolağını pozur. "Azercell Telecom" tərəfindən verilən 8 rəqəmli kodu SİM vasitəsilə 9423 nömrəsinə göndərir. Kupondan asılı olaraq onun "Azercell" SİM-SİM mobil nömrəsinə "Kapital Bank"ın hədiyyəsi kimi 10, 20 və 30 dəqiqəlik danışıq dəqiqələri yüklənir.

Kampaniya 20 iyun tarixinə qədər davam edəcək. Bu barədə ətraflı məlumatla www.kapitalbank.az saytından, yaxud 196 nömrəli Müştəri xidməti vasitəsilə tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti