...

"Paşa Həyat" iki sığorta hadisəsinə görə 91 min manata yaxın ödəniş həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "Paşa Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə iki sığorta hadisəsinə görə 91 min manata yaxın ödəniş həyata keçirib.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, istehsalatda baş vermiş iki sığorta hadisəsinə görə "Paşa Həyat" tərəfindən sığorta olunmuş şəxslərin ailələrinə müvafiq olaraq 37,647 min manat və 53,091 min manat həcmində sığorta ödənişləri edilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq "Paşa Həyat"da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, təkcə bu ilin yanvar ayından indiyədək (sonuncu ödəniş də daxil olmaqla) sözügedən sığorta növü üzrə 336 min manatdan çox sığorta ödənişi həyata keçirilib.

"Paşa Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti