...

Azərbaycanda bütün emitentlər haqqında vahid məlumat bazası yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 17:25 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin bütün emitentləri haqqında vahid məlumat bazası yaradacaq.
Azərbaycanda bütün emitentlər haqqında vahid məlumat bazası yaradılacaq

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin bütün emitentləri haqqında vahid məlumat bazası yaradacaq. Trend-in məlumatrına görə, bu barədə cümə axşamı KİV nümayəndələri üçün təşkil edilən "Açıq qapı" günü Dövlət Komitəsinin Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin müdiri Elnur Allahverdiyev bildirib.

"Komitə müntəzəm olaraq qiymətli kağızların buraxılması haqqında məlumat dərc edir, lakin biz bu məlumatların vahid bazasını yaradırıq və bu məlumatlar komitənin saytında yerləşdiriləcək. Bazada emitentlər, onların buraxdığı kağızlar, kağızların nominal dəyəri və s. haqqında məlumatlar olacaq. Hazırda komitə daxilində müvafiq işlər görülür", - Allahverdiyev bildirib.

Onun sözlərinə görə, QKDK öz elektron xidmətləri haqqında əhalinin məlumatlandırılması üzərində işləyir. Belə bir tədbirin Qubada keçirilməsi gözlənilir.

Hazırda Azərbaycanda 2 min emitent fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti