...

Mərkəzi Bank bu il kredit reyestrinə sorğuların xeyli artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 13:45 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə sorğuların 50 faiz artacağını gözləyir. Trend-in məlumatına görə, bunu AMB-nin baş direktoru Rəşad Orucov "Bakı maliyyə sammiti - 2013"də çıxışı zamanı deyib.
Mərkəzi Bank bu il kredit reyestrinə sorğuların xeyli artacağını gözləyir

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə sorğuların 50 faiz artacağını gözləyir. Trend-in məlumatına görə, bunu AMB-nin baş direktoru Rəşad Orucov "Bakı maliyyə sammiti - 2013"də çıxışı zamanı deyib.

"AMB bank sektorunun infrastruktur inkişafını dəstəkləmək məqsədilə tənzimləyici üçün xarakterik olmayan vəzifələri, xüsusilə prosessinq mərkəzi və kredit reyestrinin yaradılması, ipoteka kreditləşməsinin mexanizminin tətbiqilə məşğul olub. Kredit reyestrinin yaradılması banklar üçün öz risklərinin idarə edilməsində çox vacib alət oldu. Ötən il reyestrə sorğuların sayı 1 milyonu ötüb, bu il onların sayının 1,5 milyona çatacağını gözləyirik", - Orucov qeyd edib.

Onun sözlərinə görə, AMB yaxın vaxtlarda ölkədə özəl kredit bürolarının işini tənzimləyəcək qanun layihəsi üzərində işi yekunlaşdıracaq.

"Banklar artıq özəl kredit bürolarının yaradılması üzərində işləyir və biz bu təşəbbüsləri dəstəkləyirik. Belə büroların işi banklara onlardan skorinq və s. əlavə xidmətləri əldə etməyə imkan verəcək. Özəl büroların işə başlaması AMB-yə bu sahədə özünün standartdan kənar vəzifələrini yerinə yetirməyə imkan verəcək", - Orucov qeyd edib.

Forum "Yapı Kredi Azerbaijan", Azərbaycan Bank Tədris Mərkəzi və Azərbaycan Diplomatik Akademiyası tərəfindən təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti