...

"PAŞA Bank"ın baş sponsorluğu ilə beynəlxalq "Bellwether Breakfast" forumu keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 14:17 (UTC +04:00)
Paytaxtın "Four Seasons" otelində Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın baş sponsorluğu ilə beynəlxalq "Bellwether Breakfast. The Outlook for growth, 2013 and beyond" forumu keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.
"PAŞA Bank"ın baş sponsorluğu ilə beynəlxalq "Bellwether Breakfast" forumu keçirilib

Azərbaycan, Bakı, 29 aprel/Trend/

Paytaxtın "Four Seasons" otelində Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın baş sponsorluğu ilə beynəlxalq "Bellwether Breakfast. The Outlook for growth, 2013 and beyond" forumu keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.

Bu il forumun işində iştirak etmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkiyənin İnkişaf Nazirliyi, "Deloitte and Touche LLC", "Azerfon LLC", "Ernst & Young" və başqa bu kimi təşkilat və şirkətlərin nümayəndələri dəvət olunub. Tədbirdə məruzəçi kimi Türkiyənin İnkişaf Nazirliyinin İdarəedici Direktoru Prof. Dr. Əhməd Kəsik, Avropa Yenidənqurma və İnkişaf Bankının sindikatlaşdırılmış kreditləşmə bölməsinin rəhbəri Lorens Yorgensen və başqa məşhur ekspertlər iştirak ediblər.

"The Economist Group"un təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Avrozonada sərt iqtisadi tədbirlər və yüksək işsizlik səviyyəsi fonunda istehlakçı inamının azalması, Kipr böhranı, bilavasitə zonanın dağılması təhlükəsi və bütövlükdə qitənin çətinlikləri, dünya iqtisadiyyatının yeni çağırışları kimi məsələlər ən çox müzakirə olunan mövzular sırasına daxil idi. Xəzər regionu ölkələrinin, o cümlədən Azərbaycanın qarşısında duran risklər, investisiya imkanları ayrıca müzakirə olunub, MDB ölkələrində iqtisadi artımın təhlili aparılıb.

Xatırladaq ki, bu, ekspertlərin, investorların və sahibkarların iştirakı ilə "PAŞA Bank" və "The Economist Group"un Bakıda keçirdikləri ilk beynəlxalq forum deyil. Belə ki, ötən ilin aprelində "Buttonwood Breakfast: Qlobal iqtisadiyyat" beynəlxalq forumu keçirilmişdir. Həmin tədbirin əsas məqsədi dünya iqtisadiyyatının inkişaf perspektivlərinin araşdırılması, bir sıra iqtisadi ssenarilərin həyata keçirilməsi ehtimalının və onun potensial təsirinin müzakirəsi olub.

"PAŞA Bank" - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan "PAŞA Bank"da 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub.

"PAŞA Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan "PAŞA" şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti