...

Azərbaycanda damazlıq mal-qaranın yetişdirilməsinə subsidiya ayrıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2013 18:47 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi damazlıq mal-qaranın yetişdirilməsi ilə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanılması təklifi ilə Nazirlər Kabinetinə müraciət edib.
Azərbaycanda damazlıq mal-qaranın yetişdirilməsinə subsidiya ayrıla bilər

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Vəliyev/

Kənd Təsərrüfatı Nazirliyi damazlıq mal-qaranın yetişdirilməsi ilə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanılması təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"Azərbaycanda mal-qaranın süni yolla məhsuldarlığını artırmaq proqramı həyata keçirilir və biz bu proqramın genişləndirilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məqsədilə müvafiq orqanlara müraciət etmişik. Həmçinin, cins mal-qaranın yetişdirilməsi üzrə işlərin yaxşılaşdırılması üçün subsidiyaların verilməsi lazımdır. Bununla əlaqədar olaraq Nazirlər Kabinetinə müraciət etmişik", - Abasov qeyd edib.

Onun sözlərinə görə, damazlıq mal-qara Azərbaycana artıq bir neçə ildir gətirilir.

"Ötən həftə ölkəyə belə heyvanların növbəti hissəsi idxal edilib. Bu ilin payızında təqribən 3,5-4 min baş cins mal-qaranın idxal edilməsi planlaşdırılır. Azərbaycanda 2,7 milyondan çox iribuynuzlu mal-qara var. Onları yüksək məhsuldarlığı olan heyvanlarla əvəz etmək üçün ildə 10 min baş mal-qara idxal etmək də kifayət etmir. Onların yetişdirilməsini təşviq etmək lazımdır", - Abasov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti