Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. QKDK-dan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu çərçivədə səhmlərin nominal qiyməti 12,7 faiz artırılıb.
Məlumata görə, emissiyanın yerləşdirilməsi 1000 manat nominalında 40 min səhmin 887,5 manat nominallı eyni həcmdə səhmə konvertasiyası yolu ilə həyata keçiriləcək.
Bununla da şirkətin nizamnamə kapitalı 35,5 milyon manatdan 40 milyon manatadək artırılacaq.