...

"AGBank" yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının mükafatını alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2013 10:58 (UTC +04:00)
2013-ci il mayın 9-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İstanbulda keçirilən illik yığıncağında "AGBank" yenidən AYİB tərəfindən “Most Active İssuing Bank in Azerbaijan in 2012” mükafatı ilə təltif olunub.
"AGBank" yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının mükafatını alıb

Azərbaycan, Bakı, 14 may /Trend/

2013-ci il mayın 9-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İstanbulda keçirilən illik yığıncağında "AGBank" yenidən AYİB tərəfindən "Most Active İssuing Bank in Azerbaijan in 2012" mükafatı ilə təltif olunub.

Bankdan alınan məlumata əsasən, "AGBank" ASC 1998-ci il tarixindən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq edir. İlk əməkdaşlıq "İnstitusional İnkişaf Proqramı" çərçıvəsində "AGBank" və AYİB arasında imzalanmış müqavilə əsasında başlanmışdır. Daha sonra, bu iki bank arasında kiçik və orta biznes layihələrinin Azərbaycanda maliyyələşdirilməsi məqsədi ilə bir sıra müqavilələr imzalanmışdır.

"AGBank" AYİB-nın Xarici Ticarətin Maliyyələşdirilməsi Proqramının aktiv iştirakçısıdır və bundan öncədə, 2 il ardıcıl, 2006-cı və 2007-ci il tarixlərində AYİB tərəfindən "Most Active İssuing Bank in Azerbaijan" mükafatı ilə təltif olunmuşdur.

2012-ci il ərzində bank bu sahədə öz fəaliyyətinin aktivləşdirərək, ticarətin maliyyələşdirilməsi məqsədilə açılmış akkredititv və qarantiyaların ümumi həcmini ilin sonuna 54 mln ABŞ dolları çatdırmışdır ki, bu məbləğdən də, 12.5 mln ABŞ dolları AYİB-n xəttindən ayrılmışdır. Əməliyyatların əsas hissəsi İngiltərə, Almaniya, İtaliya, Fransa, İspaniya,Türkiyə, Danimarka, Çin və sair ölkələri əhatə etmişdir.

Bank 2013-cü ildə də, bu sahənin genişləndirilməsi və ticarətin maliyyələşdirilməsinə yönəlmiş yeni məhsulları müştərilərinə təklif etmək niyyətindədir.

Cari ilin əvvəlindən etibarən, bankın aktivləri 17 faiz artaraq 403,2 mln manat təşkil etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti