Azərbaycan, Bakı, 1 iyun /Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə işləri üzrə vitse-prezidenti Manfred Şepers ilə görüş keçirilib. Bu barədə Trend QKDK-nin saytına istinadən məlumat verir.
Görüşdə QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycanda son dövrlərdə aparılan uğurlu islahatlar nəticəsində sosial-iqtisadi inkişaf göstəricilərinin və yeni səviyyələrə çıxarılmasını və qiymətli kağızlar bazarınının infrastrukturunun dinamik inkişafa nail olunmasını, həmçinin müsair bazar arxitekturasının formalaşdırılması istiqamətlərində müsbət nəticələrin əldə edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Muradov Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının hədəf və məqsədlərindən danışaraq, AYİB ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində qiymətli kağızlar bazarında yeni imkanların yaranacağına əminliyini bildirib.
Daha sonra Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə işləri üzrə vitse-prezidenti Manfred Şepers Azərbaycanın qiymətli kağızlar bazarında investisiyalar üçün əlverişli şəraitin mövcud olduğunu və səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib.
Görüşün sonunda birgə əməkdaşlıq əlaqələrin daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.