...

Bu ilin ötən dövründə 1700-dən çox sahibkara 155,8 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 17:05 (UTC +04:00)
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Zaqatala rayonunun Aşağı Tala kəndində keçirib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
Bu ilin ötən dövründə 1700-dən çox sahibkara 155,8 milyon manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Zaqatala rayonunun Aşağı Tala kəndində keçirib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Oğuz rayonunda güzəştli kredit ayrılmış taxıl anbarı kompleksinə və qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Sonra tədbir iştirakçıları üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan müasir heyvandarlıq kompleksi, çayçılıq, taxılçılıq və tütünçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1721 investisiya layihəsinin maliyyələşdirilməsinə 155,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 6400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Qeyd edilib ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 1366 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 81,8 milyon manat kredit verilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 840 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, arıçılıq, bağçılıq, xalçaçılıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 150-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti