...

Azərbaycan və İƏİT arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 13:47 (UTC +04:00)
Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq.
Azərbaycan və İƏİT arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda öz işinə başlayan "Çoxmilli müəssisələrin auditi" beynəlxalq seminarının açılış mərasimində bildirib: "İki il bundan əvvəl bizim ölkə və İƏİT arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Təşkilatın nümayəndə heyəti Azərbaycana gəlib və yerindəcə nazirliyin fəaliyyəti və vergi sistemi ilə tanış olub. Bu əməkdaşlığın məntiqi davamı olaraq yaxın vaxtlarda imzalanacaq memorandum layihəsi olub.

Nazir müavini əlavə edib ki, hazırda lazımlı prosedur qaydaları yekunlaşdırılır.

Tədbirdə çıxış edən İƏİT nümayəndəsi Ubaldo Qonsalez vurğulayıb ki, onun təmsil etdiyi təşkilat Azərbaycanla olan əməkdaşlığın səviyyəsindən razıdır: "Bizim Azərbaycandan olan həmkarlarımız İƏİT-in iş görüşmələrində və digər tədbirlərində fəal şəkildə iştirak edirlər. Bildiyiniz kimi, bu yaxınlarda bizim aramızda qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq. Azərbaycan BRHÇC-ə (BRİCS - 5 sürətlə inkişaf edən ölkələr qrupu: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) daxil olmayan ilk ölkədir ki, bizim əməkdaşlığımız bu səviyyəyə çıxıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti