Azərbaycan, Bakı, 3 iyul /Trend/
Tieto MilliKart Group-u öz kart ödəmə əməliyyatlarının təhlükəsizliyini təmin etmək və dələduzluqdan qorumaq üçün Card Suite Management həlli ilə təmin etmişdir. Həll kart sahiblərinin və ticarət obyektlərinin şübhəli fəaliyyətlərinə qarşı müvafiq nəzarət və fəal müdafiə ilə təmin olunan online fırıldaqçılığın qarşısının alınması və offline saxtakarlığın aşkar olunmasından ibarətdir, habelə e-ticarət dələduzluğunun qarşısının alınmasını təmin edir.
MilliKart Group özünü ciddi və etibarlı bazar iştirakçısı kimi sübut etmişdir. Buna görə də, təhlükəsizlik yüksək keyfiyyətli və dəyərli xidmətlərin göstərilməsində çox mühüm aspektidir. MilliKart Group Card Suite Fraud Management həllinin pilot testi ilə başlamışdır və müştərilərinin tələblərini və ehtiyaclarını yerinə yetirdiyi üçün həmin həlldən çox razı qalmışdır. MilliKart Group sonra Tieto-dan tam Fraud Management həllini əldə etməyə qərar vermişdir. Nəzərdə tutulmuş layihə çərçivəsində Tieto-nun mütəxəssisləri MilliKart Group-un əməkdaşlarını məsləhətlər və tədris ilə təmin etmişdirlər.
Card Suite Fraud Management həlli yeni qaydaları tətbiq edərək və zəruri olduğu halda mövcud qaydaları dəyişdirərək dələduzluğun yeni növlərini müəyyən edir və onlara uyğunlaşır. Bu həll, səmərəlilik və resursların optimallaşdırılmasına gətirib çıxaran avtomatlaşdırılmış nəzarəti dəstəkləyir. Güclü Rule Engine təşkilatlara öz biznes spesifikasına uyğun olan xüsusi qaydaları müəyyən edib tərtib etməyə imkan verərək İT sahəsində biliklərə ehtiyac olmadan statistik məlumatların toplanılmasını və dələduzluq ssenarilərinin təsdiqlənməsini təmin edir. Bundan başqa, yeni texnologiyalar və internet imkanlarının və təhlükələrinin artması ilə Tieto e-ticarət kimi kartın fiziki olaraq təqdim olunmadığı mühitdə kart sahiblərinin vəsaitlərinin qorunmasını təmin edən dələduzluğun qarşısının alınması həllini təklif edir.
"Bizim hazır Fraud Management həllimiz ilə MilliKart Group indi yalnız beynəlxalq ödəniş sistemlərinin tələblərini yerinə yetirə bilməklə deyil, həmçinin maliyyə və nüfuz itkilərinin qarşısını almaqla kart sahiblərinin etibar və sədaqətini artıra bilər", Tieto Maliyyə xidmətləri, Kartlar üzrə director, Maris Ozolins şərh etdi.
"Bu cür Fraud Management həlli ilə biz bazardakı digər çoxsaylı həllər ilə rəqabət apara və həssas məlumatların qorunması mühitində uzunmüddətli əlverişli mövqe qazana bilərik", - MilliKart Group, İcraçı Direktor, Calal Orucov dedi.
Tieto həm özəl, həm də dövlət sektorunu tam çeşidli xidmətlər, rabitə və əlaqədar texnologiyalar sahəsində məhsulun inkişafı xidmətləri ilə təmin edən ən böyük skandinaviya İT şirkətidir. Şirkət öz məhsulunun inkişafı biznesi və qlobal çatdırılma mərkəzləri vasitəsilə ümumdünya iştirakına malikdir. Tieto müştərilərin biznesinə transformasiyası ilə yeni imkanları reallaşdırmaqla İT vasitəsilə təşkilatların və cəmiyyətin inkişafı üçün çalışır.
1968-ci ildə təsis edilmiş, baş qərargahı Helsinkidə yerləşən, Finlandiya və təxminən 17 000 eksperti olan şirkət təqribən EUR 1,8 milyard xalis satışı ilə 20-dən çox ölkədə fəaliyyət göstərir. Tieto-nun səhmləri Helsinki və Stokholm NASDAQ OMX fond birjasının siyahısına daxildir. Əlavə məlumat üçün www.tieto.com saytını ziyarət edin.
MilliKart Group regiondakı güclü proqram-aparat təchizatına malik olan sürətlə inkişaf edən şirkətlərdən biridir. Əsas ana brend olan MilliKart Group üç vacib istiqamətdə cəmləşib - M+assist, M+money və M+thinking. MilliKart Group tərəfindən göstərilən əsas xidmətlər ödəniş kartlarının personalizasiyası, kart ödənişləri üzrə prosessinq xidmətlərinin göstərilməsi, kart ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi, kart hesablarının dəstəklənməsi, bankomat, POS-terminal və digər avadanlıqların fəaliyyətinin təmin olunması, PİN-zərflərin çapı, kart ödənişlərinin bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsi ilə qəbulunun təmin olunması, müştərilərə 7 gün 24 saat ərzində "Call Center" xidmətinin göstərilməsi və digər çoxsaylı xidmətlərdən ibarətdir. Bu fəaliyyətlərlə yanaşı MilliKart informasiya texnologiyaları üzrə məsləhət xidmətləri, tədris proqramları, layihələrin idarə olunması, proqram təminatının hazırlanması və iteqrasiyası kimi sahələrdə aktivlik göstərir. Əlavə məlumat üçün www.millikart.az saytını ziyarət edin.