...

"Albalı" kart üzrə ödəniş müddəti uzadıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2013 17:26 (UTC +04:00)
"Unibank"ın çox-çox sərfəli kartı "Albalı"nın 1 yaşı tamam olur. Albalının ad günü ərəfəsində kart sahiblərini böyük sürprizlər gözləyir. Bu sürprizlərdən biri artıq başladı.
"Albalı" kart üzrə ödəniş müddəti uzadıldı

Azərbaycan, Bakı, 4 iyul /Trend/

"Unibank"ın çox-çox sərfəli kartı "Albalı"nın 1 yaşı tamam olur. Albalının ad günü ərəfəsində kart sahiblərini böyük sürprizlər gözləyir. Bu sürprizlərdən biri artıq başladı.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, bu gündən başlayan aksiya çərçivəsində iyul ayının həftə sonlarında (şənbə və bazar günləri) 3 və ondan yuxarı taksitlə alış-veriş edən müştərilərə əlavə olaraq bankdan 3 taksit hədiyyə ediləcək. Məsələn: müştəri mağazadan 3 ay ödəmə müddətli malı alır, lakin banka 6 ay taksitlə ödəyir.

Bu gün "Albalı" kart Azərbaycanın nağdsız ödənişlər üzrə dövriyyəsində xüsusi paya sahibdir. Mərkəzi Bankın ölkə üzrə nağdsız ödənişlərin dövriyyəsinə dair açıqladığı məlumatda və təşkil etdiyi yarışmada "Unibank"ın aprel ayının nəticələrinə görə birinci yerə çıxmasında da məhz "Albalı" kart üzrə dövriyyə mühüm rol oynayıb.

"Albalı" kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp). İndi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ "Albalı" kartındakı son səkkiz rəqəmi daxil etməklə kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər.

"Unibank"ın "Albalı" kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. "Albalı" kart tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. "Albalı" kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi "Unibank"ın istənilən filialındakı "Cash-in" terminallarında, MilliÖn "paypoint"lərində, www.unibank.az və hesab.az saytlarında aparmaq mümkündür.

Müştərilər "Albalı" kartı "Unibank"ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən "Albalı" kart bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. "Albalı" kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə onlayn sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.

"Albalı" kartla bağlı bütün məlumatları www.albali.az internet saytından, "Unibank"ın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti