Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İ. Xəlilova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78444 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
24 iyun |
0,7845 |
1 iyul |
0,7845 |
25 iyun |
0,7845 |
2 iyul |
0,7845 |
26 iyun |
0,7845 |
3 iyul |
0,7844 |
27 iyun |
0,7845 |
4 iyul |
0,7844 |
28 iyun |
0,7845 |
5 iyul |
0,7844 |
Həftə ərzində orta |
0,7845 |
Həftə ərzində orta |
0,78444 |
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb. Müvafiq olaraq, orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7833 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 1-də 0,7831 AZN/USD məzənnə ilə 10,141 mln. dollar, iyulun 2-də 0,7835 AZN/USD məzənnə ilə 2 mln. dollar, iyulun 3-də 0,7833 AZN/USD məzənnə ilə 5,107 mln. dollar iyulun 4-də sövdələşmələr bağlanmadığına görə, məzənnə 0,7833 AZN/USD səviyyəsində qalıb və iyulun 5-də 0,7833 AZN/USD məzənnə ilə 1,032 mln. dollar.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi |
|||
24 iyun |
0,7835 |
1iyul |
0,7831 |
25 iyun |
0,7835 |
18 iyun |
0,7835 |
26 iyun |
0,7835 |
19 iyun |
0,7833 |
27 iyun |
0,7835 |
20 iyun |
0,7833 |
28 iyun |
0,7835 |
21 iyun |
0,7833 |
Həftə ərzində orta |
0,7835 |
Həftə ərzində orta |
0,7833 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.