...

"Unibank"da pul köçürmələrinin həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2013 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul/Trend/

Son bir ildə "Unibank"da pul köçürmələrinin həcmi 38 faizdən çox artıb.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, ümumilikdə, bankın filialları vasitəsilə həm ölkə daxilinə, həm də ölkə xaricinə təcili pul köçürmələrinin həcmində 33 milyon manatdan çox artım olub. Son bir il ərzində "Unibank"da ən çox pul köşürmələri "Zolotaya Korona", "Contact" və "Western Union" təcili pulköşürmə xidmətləri vasitəsilə aparılıb.

Dünyanın ən məhşur və etibarlı pul köçürmə sistemlərinə qoşulan "Unibank", 11 pulköçürmə sistemi ivasitəsilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda dünyanın 189 ölkəsində 150 min məntəqəsi fəaliyyət göstərən "Western Union"la yanaşı, geniş xidmət şəbəkəsinə malik "Contact, "Faster" , "Xpress Money", "Migom", "LİDER", "Zolotaya korona", "BLİZKO", "Coinstar", " PrivatMoney" təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərir. Ötən il isə yerli "Monex" təcili pul köçürmə sisteminə qoşulmaqla, "Unibank" ölkədaxili pul köçürmələrini müştəriləri üçün daha rahat edib.

Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə genişləndirən "Unibank", pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bankın yeni və əvvəlki tərəfdaşı olan sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2 faizdən başlayan tariflərlə həyata keçirməyə imkan verir.

"Unibank"ın məhsul və xidmətləri haqda daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti