...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 2,4 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2013 14:36 (UTC +04:00)
2013-cü ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 49 faiz azalaraq 3,587 milyard manat təşkil edib.
Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 2,4 dəfə artıb

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 49 faiz azalaraq 3,587 milyard manat təşkil edib. Bu barədə bazar ertəsi Trend-ə BFB-dən məlumat verilib.

Ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının 2,27 dəfə azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı 2,4 dəfə artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi yanvar-iyul aylarında 3 milyard manata, korporativ kağızlar bazarının dövriyyəsi isə 602 milyon manata yaxınlaşıb.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-iyul ayları):

Bazarın seqmentləri

31.07.2013

31.07.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

76 090 025.60

53

37 215 335.00

58

204,46%

Korporativ istiqrazlar - (təkrar bazar)

288 221 628.62

105

148 808 101.58

50

193,69%

Səhmlər - (yerləşdirmə)

223 815 589.10

234

59 630 435.35

93

375,34%

Səhmlər - (təkrar bazar)

13 771 828.28

2 379

4 951 671.15

2 044

278,12%

KQK bazarı cəmi

601 899 071.60

2 771

250 605 543.08

2 245

240,18%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-iyul ayları):

Bazarın seqmentləri

31.07.2013

31.07.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə

60 553 101.77

36

59 757 344.13

23

101,33%

Dİ (AR MN) -

(təkrar bazar)

12 949 227.52

4

7 348 651.92

5

176,21%

Notlar (AR MB) - (yerləşdirmə)

199 914 842.17

76

689 155 740.27

162

29,01%

Notlar (AR MB) -

(təkrar bazar)

43 955 612.02

4

12 486 939.02

8

352,01%

Repo əməliyyatları

2 667 284 090.65

281

6 017 007 047.38

781

44,33%

DQK bazarı cəmi

2 984 656 874.13

401

6 785 755 722.72

979

43,98%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti