...

Azərbaycanda istehlak mallarının qiymətləri 0,7 faiz ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2013 17:41 (UTC +04:00)
2013-cü ilin iyul ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1,7 faiz ucuzlaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması və qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşmasına səbəb olub.
Azərbaycanda istehlak mallarının qiymətləri 0,7 faiz ucuzlaşıb

Azərbaycan, Bakı, 5 avqust /Trend/

2013-cü ilin iyul ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1,7 faiz ucuzlaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması və qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində un, qarabaşaq yarması, qoyun əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, sterilizə olunmuş üzlü süd, günəbaxan yağı, banan, alma, armud, şaftalı, qarpız və yemiş, kələm, xiyar və pomidor, bibər, badımcan, göy lobya, çuğundur, soğan, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal əti, toyuq əti, kolbasa məmulatları, pasterizə olunmuş üzlü süd, xama, yumurta, kərə yağı, limon, albalı və gilas, çiyələk, şabalıd, kök və göyərtinin qiymətlərində isə bahalaşma müşahidə olunub.

İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryol nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti