...

Azərbaycanda özəl sektorun maliyyələşdirilməsi Asiya İnkişaf Bankı üçün yeni prioritet olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2013 15:58 (UTC +04:00)
Özəl sektorun maliyyələşdirilməsi Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda fəaliyyət strategiyasının yeni prioriteti olacaq. Dünən Azərbaycan ilə yeni tərəfdaşlıq strategiyasının hazırlanması üçün ölkəmizə gəlmiş bankın missiyası işini yekunlaşdırıb.
Azərbaycanda özəl sektorun maliyyələşdirilməsi Asiya İnkişaf Bankı üçün yeni prioritet olacaq

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Axundov/

Özəl sektorun maliyyələşdirilməsi Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda fəaliyyət strategiyasının yeni prioriteti olacaq. Dünən Azərbaycan ilə yeni tərəfdaşlıq strategiyasının hazırlanması üçün ölkəmizə gəlmiş bankın missiyası işini yekunlaşdırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİB-in yaydığı məlumatda deyilir.

AİB mütəxəssisləri sənəd layihəsini hökumət, vətəndaş cəmiyyəti, analitik mərkəzlər və sahibkarlıq subyektləri ilə müzakirə ediblər. Strategiya 2014-2018-ci illəri əhatə edəcək.

Bankın baş iqtisadçısı Devid Oldfild qeyd edib ki, maraqlı tərəflərin qeyd və təklifləri layihəni təkmilləşdirməyə və onun yekun variantını gələn ilin əvvəlində hazırlamağa imkan verəcək.

Oldfild deyib: "Təklif edilən layihə ölkənin infrastruktur tələbatlarını qane edir və yüksək orta gəlirli ölkə kimi Azərbaycan üçün lazım olan informasiya xidmətləri təqdim edəcək".

Bank mövcud tələbatların qiymətləndirilməsi və hökumətlə müzakirələrin yekunu üzrə nəqliyyat, bələdiyyə infrastrukturu və xidmətləri, enerji, özəl sektora yardımın maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu o deməkdir ki, AİB infstrukturun inkişafı sahəsində fəaliyyətini davam etdirəcək.

Məlumatda deyilir: "Özəl sektora yardım kimi yeni prioritet istiqamətin yaranması AİB-in gələcəkdə banklara kredit verəcəyindən və ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatları genişləndirəcəyindən xəbər verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti