...

"Bank of Baku" güzəştli şərtlərlə smartfonlar əldə etməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2013 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

8 avqust tarixindən etibarən "Bolkart" sahibləri iPhone 5 smartfonunu ilkin ödənişsiz və öz qiymətinə əldə edib, haqqını 6 aya ödəyə bilərlər. "Bank of Baju"dan çərşənbə günü Trend-ə verilən məlumata görə, "Bolkart"la iPhone 5 smartfonunu WorldTelecom mağazalarından əldə etmək mümkündür. Əlverişli kampaniya 10 sentyabr tarixinə qədər davam edəcək.

iPhone 5-in sərfəli kreditlə satışı "Bank of Baku" ilə WorldTelecom və Caspian Mobile şirkətləri arasındakı məhsuldar əməkdaşlıq çərçivəsində həyata keçirilir.

iPhone 5 smartfonu Apple şirkətinin məhsuludur və dünyada ən populyar smartfonlardan biri hesab edilir.

Bu gün artıq 130.000-ə yaxın Azərbaycan vətəndaşı "Bolkart"dan istifadə edir. Kredit kartı ilə 1000-dən çox mağazada alış-veriş etmək, nağd pul çıxarmaq və digər üstünlüklərdən faydalanmaq olar.

"Bolkart"ın onlayn sifarişi: http://bolkart.az/#openorder

Məqalədə:
Xəbər lenti

Xəbər lenti