...

Bakıda PAŞA Bankın dəstəyi ilə Xəzinədarların beynəlxalq forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2013 11:17 (UTC +04:00)
Sentyabrın 19-20-də Azərbaycanın paytaxtında ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə ilk dəfə Xəzinədarların beynəlxalq forumu keçiriləcək.
Bakıda PAŞA Bankın dəstəyi ilə Xəzinədarların beynəlxalq forumu keçiriləcək

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Sentyabrın 19-20-də Azərbaycanın paytaxtında ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə ilk dəfə Xəzinədarların beynəlxalq forumu keçiriləcək. Tədbir çərçivəsində aşağıdakı mövzular üzrə dünyanın müxtəlif ölkələrindən məruzəçilərin iştirakı planlaşdırılır: mərkəzləşdirilmiş korporativ xəzinədarlığın təşkili, likvidliyin idarə edilməsi alətlərinin müzakirəsi, risklərin qarşısının alınması və s.

Forumun işində PAŞA Bank (Azərbaycan), Petrol Ofisi (Türkiyə), MTS (Rusiya), Volkswagen Group (Rusiya), Royal Unibrew (Danimarka), Chipita SA (Yunanıstan), Belaqro (Belarus) və s. şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin təşkilatçısı MSB şirkətidir.


PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur.

PAŞA Bank Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti