...

“Yapı Kredi Bank Azərbaycan” QSC -yə maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2013 16:07 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Worldcard” kredit kartının yayımlanan reklamlarında istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəbolma əlamətləri olduğuna görə “Yapı Kredi Bank Azərbaycan” QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
“Yapı Kredi Bank Azərbaycan” QSC -yə maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 15 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Worldcard" kredit kartının yayımlanan reklamlarında istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəbolma əlamətləri olduğuna görə "Yapı Kredi Bank Azərbaycan" QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bu barədə Trend-ə cümə axşamı bankdan daxil olan məlumatda deyilir.

Məlumatda deyilir ki, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Yapı Kredi Bank Azərbaycan" QSC-yə 30.9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti