...

Gürcüstandan Azərbaycana iribuynuzlu mal-qaranın idxalı yarıdan çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2013 12:06 (UTC +04:00)
Cari ilin birinci yarısında 21,33 milyon dəyərində olan 8,28 min ton diri çəkiyə malik iribuynuzlu mal-qara idxal edilib. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin saytında dərc olunan məqalədə bildirilir.
Gürcüstandan Azərbaycana iribuynuzlu mal-qaranın idxalı yarıdan çox artıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir E. Əliyev/

Cari ilin birinci yarısında 21,33 milyon dəyərində olan 8,28 min ton diri çəkiyə malik iribuynuzlu mal-qara idxal edilib. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin saytında dərc olunan məqalədə bildirilir.

Hesabat bildirilir ki, ilin birinci yarısında bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana edilən ümumi ixracın həcminin 6,41 faizini təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan idxal olunan iribuynuzlu mal-qaranın idxalı 59,72 faiz və ya 3,1 min ton artıb. Müqayisə üçün 2012-ci ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 19,2 milyon dollar həcmində diri çəkisi 5,2 min ton olan iribuynuzlu mal-qara idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti