...

Azərbaycanda gəmi lövbərləri üçün standartlar tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2013 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasında AZS 750-2013 "Gəmi lövbərləri. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitənin əmri ilə AZS 750-2013 "Gəmi lövbərləri. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilib. Standartın tətbiq vaxtı 1 oktyabr 2013-cü il tarixdən müəyyən edilib.

Bu standart hərbi suüstü gəmilərdə, ticarət gəmilərində və digər üzən vasitələrdə istifadə edilən "Xolla" və "Admiralteysk" tipli lövbərlərə şamil edilir. Standartda gəmi lövbərlərinin konstuksiyası və əsas ölçüləri, lövbərlərə olan texniki və təhlükəsizlik tələbləri öz əksini tapıb.

Məlumat üçün bildirək ki, standart Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən işlənib Komitəyə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti