...

AYİB Azərbaycanın bulaq suyu istehsalçısına kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 14:21 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda qabaqcıl bulaq su istehsalçılarından biri olan "Gədəbəy Mineral Suları" şirkətilə 4,6 milyon avro həcmində kreditin ayrılmasına dair saziş imzalayıb.
AYİB Azərbaycanın bulaq suyu istehsalçısına kredit ayırıb

Azərbaycan, Bakı, 11 sentyabr/Trend, müxbir A. Axundov/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda qabaqcıl bulaq suyu istehsalçılarından biri olan "Gədəbəy Mineral Suları" şirkətinə 4,6 milyon avro həcmində kreditin ayrılmasına dair saziş imzalayıb. Bu barədə Trend çərşənbə günü AYİB-in yaydığı məlumata istinadən xəbər verir.

Bankın məlumatına əsasən, 3 il ərzində şirkətin "Slavyanka" və "Gədəbəy" markaları altında istehsal edilən məhsulları populyarlıq qazanıb və bazarda öz payını xeyli artırıb: "Vəsaitlərdən müəssisənin istehsal gücünün artırılması məqsədilə yeni avadanlıqların alınması üçün istifadə ediləcək. Bu, həmin məhsullara qarşı sürətlə artan tələbatı ödəmək üçün lazımdır".

AYİB daha əvvəl bazarın öyrənilməsi üzrə işə başlamaq, həmçinin qanunvericilik və marketinq məsələləri üzrə məsləhətləşmələr üçün müəssisəyə texniki yardım edib.

"Gədəbəy Mineral Suları"nın baş direktoru İlham Əliyevin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun krediti şirkətin istehsala başlamasına imkan verdi.

İ. Əliyev deyib ki, AYİB-in krediti yerli bazarda iştirakı genişləndirməyi və xaricə ixracın artmasını nəzərdə tutan strategiyamızın ikinci mərhələsini reallaşdırmaq üçün istifadə olunacaq.

AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeynin sözlərinə görə, bu investisiyalar bankın Azərbaycanın regionlarına investisiya yatırmaq və yerli sahibkarları dəstəkləmək istəyini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti