...

"PAŞA Bank" ödəniş kartları ilə bağlı saxtakarlığın qarşısını almaq üçün yeni sistem tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2013 11:36 (UTC +04:00)
"PAŞA Bank" “Tieto” şirkətinin inkişaf etdirdiyi “Card Suite Fraud Management” sistemini müvəffəqiyyətlə tətbiq edib.
"PAŞA Bank" ödəniş kartları ilə bağlı saxtakarlığın qarşısını almaq üçün yeni sistem tətbiq edir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend /

"PAŞA Bank" "Tieto" şirkətinin inkişaf etdirdiyi "Card Suite Fraud Management" sistemini müvəffəqiyyətlə tətbiq edib. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir

Bu sistemin köməyi ilə "PAŞA Bank" saxtakarlığın qarşısını almaqla və saxtakarlıq hallarını aşkara çıxarmaqla, öz müştəriləri üçün təhlükəsizliyi və sabitliyi daha da gücləndirtmək niyyətindədir.

"PAŞA Bank"ın Dayrekt Bankinq Departamentinin Direktoru Leyla Məmmədova bildirib: "Biz başa düşürük ki, "PAŞA Bank"ın qazanmaq niyyətində olduğu müştəri qrupu fərdi yanaşma və maliyyə vəsaitlərinin daha yüksək səviyyədə qorunmasını tələb edir. "Tieto" şirkətinin inkişaf etdirdiyi "Fraud Management" (Tərcümədə "Saxta əməliyyatların qarşısının alınması") adlanan yeni sistemin köməyi ilə indi biz kartlarımızın sahiblərini daha yüksək səviyyəli təhlükəsizliklə təmin etməyə və kartlarla bağlı saxtakarlıq hallarını minimuma endirməyə qadirik".

"Tieto"nun "Card Suite Fraud Management" sistemi saxtakarlıq hallarının monitorinqi üçün mütərəqqi bir instrumentdir. Sistem iki əsas hissədən ibarətdir: bunlardan biri ödəniş kartlarında saxtakarlığın qarşısının alınması və saxtakarlığa məruz qalmış əməliyyatların aşkara çıxarılmasını və təhlilini təmin edir, digəri isə saxtakarlıq hallarının qarşısının real zamanda alınmasını təmin edir ki, bu da saxtakarlıq hallarını baş verməzdən əvvəl qarşısını alır.

"PAŞA Bank" 2009-cu ildən etibarən "Tieto"-nun "Card Suite" platformasını müvəffəqiyyətlə tətbiq edir. Bank daha da inkişaf etdikcə və yeni müştərilərin sayı artdıqca məqsədyönlü və daha təkmil alətə olan tələbat artmışdır.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan "PAŞA Bank"da 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur.

"PAŞA Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan "PAŞA" şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da "PAŞA" şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti