...

Afrikanın biznes imkanları azərbaycanlı sahibkarlara təqdim ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2013 14:21 (UTC +04:00)
Oktyabrın 11-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə "Afrikada biznes imkanları" mövzusunda təqdimat keçiriləcək.
Afrikanın biznes imkanları azərbaycanlı sahibkarlara təqdim ediləcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E. Əliyev/

Oktyabrın 11-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə "Afrikada biznes imkanları" mövzusunda təqdimat keçiriləcək.

Trend-in AZPROMO-nun yaydığı məlumata istinadən verdiyi xəbərə görə, təqdimat Azərbaycan sahibkarlarının Afrikada fəaliyyəti üçün imkanlara həsr edilib.

Tədbir Afrika qitəsində yerləşən və iqtisadi baxımdan daha perspektivli dörd ölkəyə (Anqola, Namibiya, Botsvana və Cənubi Afrika) həsr olunub. Həmin ölkələrə dair toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri və bu profillərə uyğun olaraq Azərbaycanın həmin ölkələrdə potensial biznes imkanları dəyərləndirilib (kənd təsərrüfatı, enerji, telekommunikasiya, inşaat, turizm və s. kimi sahələr).

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti