...

"TuranBank" poçt işçiləri üçün kredit faizlərində güzəştlər edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2013 19:33 (UTC +04:00)
"TuranBank" 9 oktyabr - Ümumdünya poçt günü münasibətilə poçt rabitəsi işçilərini təbrik edir və 9-14 oktyabr tarixləri aralığında peşə bayramları münasibətilə "Azərpoçt" MMC əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3 faiz endirim edir.
"TuranBank" poçt işçiləri üçün kredit faizlərində güzəştlər edir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

"TuranBank" 9 oktyabr - Ümumdünya poçt günü münasibətilə poçt rabitəsi işçilərini təbrik edir və 9-14 oktyabr tarixləri aralığında peşə bayramları münasibətilə "Azərpoçt" MMC əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3 faiz endirim edir.

Bankdan Trend-ə verilən məlumata görə, kredit faizlərində endirim TuranBank-ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank" müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBank-ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti