...

2014-cü ilin əvvəlində Bakıda böyük yol qovşağı kompleksi istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 13:19 (UTC +04:00)
2014-cü ilin ilk rübündə Nəqliyyat Nazirliyinin Azəryolservis” SC Bakının Ziya Bünyadov prospektinin başlanğıcında yol qovşağı komplekslərini istifadəyə verməyi planlaşdırır.
2014-cü ilin əvvəlində Bakıda böyük yol qovşağı kompleksi istismara veriləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin ilk rübündə Nəqliyyat Nazirliyinin Azəryolservis" SC Bakının Ziya Bünyadov prospektinin başlanğıcında yol qovşağı kompleksini istifadəyə verməyi planlaşdırır. Bu barədə Trend-ə açıqlamasında SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Alı Mustafayev, Hüseynbala Əliyev və Abdulvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində tikilən yolayırıcı üç tuneldən və bir yol ötürücüsündən ibarət olacaq.

İlk tunel avtomobillərin üçüncü mikrorayon bazarından Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsinə birbaşa çıxışı təmin edəcək, ikinci və üçüncü tunellər (hər iki istiqamətdə) isə Abdulvahab Salamzadə küçəsindən Ziya Bünyadov və Azadlıq prospektlərinin birləşdiyi əraziyə birbaşa çıxışı təmin edəcək. Öz növbəsində yol ötürücüsü isə Abdulvahab Salamzadə və Hüseynqulu Əliyev küçələrini birləşdirəcək.

Birinci və ikinci tunellərin tikintisi yekunlaşma mərhələsindədir və artıq orada üzlük işləri aparılır. Üçüncü tunelin tikintisi çərçivəsində dirəklərin quraşdırılması işləri gedir, yol ötürücüsünün tikintisi çərçivəsində isə izolasiya və asfaltlama işləri aparılır.

Mürsəliyev vurğulayıb: "Ümumilikdə tikinti işləri çərçivəsində artıq işlərin 70 faizi görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti