...

Gəncədə gənclər üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 19:12 (UTC +04:00)
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhəri 3 saylı peşə liseyində gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Gəncədə gənclər üçün treninq keçirilib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhəri 3 saylı peşə liseyində gənclər üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqlərdə gənclərə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, strateji planlaşdırmanın aparılması barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçılar, həmçinin www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti