...

İsrail Mərkəzi bankının rəhbəri tarixdə ilk dəfə qadın təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2013 22:05 (UTC +04:00)
İsrailin Mərkəzi bankının tarixində ona ilk dəfə qadın - Karnit Fluq rəhbərlik edəcək.
İsrail Mərkəzi bankının rəhbəri tarixdə ilk dəfə qadın təyin edilib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

İsrailin Mərkəzi bankının tarixində ona ilk dəfə qadın - Karnit Fluq rəhbərlik edəcək. O, dünya şöhrətli iqtisadçı Stenli Fişeri vəzifəsində əvəz edəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

İsrailin baş naziri Benyamin Netanyahu və maliyyə naziri Yair Lapid üç iddiaçılar arasında, o cümlədən Argentina Mərkəzi Bankının sabiq rəhbəri Mario Blexer olmaqla 58 yaşlı Fluqa üstünlük veriblər.

"Biz təsir altındayıq, necə doktor Fluq son aylar ərzində rəhbər vəzifəsini icra edərkən özünü göstərib. Biz əminik ki, o, yeni iqtisadi nailiyyətləri əldə etməkdə bizə kömək etməyə davam edəcək", - hökumət rəhbərinin dəftərxanasının məlumatında deyilir.

Fişerin istefasından sonra İsrail Mərkəzi bankında rəhbər vəzifəsi iyunun 30-da vakant qalıb.

Xəbər lenti

Xəbər lenti