...

Mərkəzi Bank: Azərbaycanda milli valyuta nominalının strukturu gələcəkdə dəyişdirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 15:48 (UTC +04:00)
Azərbaycanda dövriyyəyə üç manat nominalında yeni əsginaz daxil etməyə ehtiyac yoxdur.
Mərkəzi Bank: Azərbaycanda milli valyuta nominalının strukturu gələcəkdə dəyişdirilə bilər

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda dövriyyəyə üç manat nominalında yeni əsginaz daxil etməyə ehtiyac yoxdur.

Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin deputatlarından birinin 2014-cü il dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi təşəbbüsü şərh edərkən deyib:

"Yeni manata keçid zamanı [denominasiya prosesində] onun nominal strukturunun tərtibi prosesində digər ölkələrin mərkəzi banklarının, həmçinin İsveçrənin müvafiq təcrübəsini öyrəndik. Altı əsginazdan və altı metal sikkədən ibarət sxem seçildi. Bu, xüsusi hazırlanmış riyazi model nəzərə alınmaqla seçildi. Həmin modelin hazırlanması zamanı ən müxtəlif göstəricilər, o cümlədən mal və xidmətlər üzrə qiymət nominalları və s. nəzərə alınıb".

Onun sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə də bir və beş vahidlər arasında aralıq nominallar yoxdur:

"Misal üçün, ABŞ-da dövriyyəyə o qədər də populyarlıq qazanmayan və numizmatların əlində toplanan iki dollarlıq əsginaz buraxılmışdı. Azərbaycan Mərkəzi Bankı bu sahədəki strategiyaya uyğun hərəkət edir və beynəlxalq təcrübəyə əsaslanmaqda davam edir. Gələcəkdə manatın nominallarının strukturunun dəyişiləcəyi istisna edilmir, lakin yalnız buna zərurət olacağı halda".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti