...

Niderland sahibkarları Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2013 18:02 (UTC +04:00)
Niderland sahibkarları Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdırlar. Trend-in məlumatına görə, bunu Rotterdam şəhərinin meri Əhməd Əbutalib Bakıda keçirilmiş Azərbaycan-Niderland biznes forumunda deyib.
Niderland sahibkarları Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdırlar

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Əliyev/

Niderland sahibkarları Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdırlar. Trend-in məlumatına görə, bunu Rotterdam şəhərinin meri Əhməd Əbutalib Bakıda keçirilmiş Azərbaycan-Niderland biznes forumunda deyib.

İqtisadiyyat və Sənaye Nazirliyi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkənin sənaye, gəmiqayırma, konsaltinq, logistika və digər sahələrini təmsil edən 50-ə yaxın müəssisənin nümayəndəsi iştirak edib.

Biznes forumda çıxış edən nazirliyin Aparat rəhbəri Samir Vəliyev Azərbaycanla Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanla Niderland arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğunu bildirib.

Qeyd edilib ki, Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalanıb. Ölkələrimiz arasında ticarət və iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir. Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Niderland sərmayəli şirkətlər uğurla fəaliyyət göstərirlər.

Rotterdam meri Azərbaycana səfərindən məmnun qaldığını ifadə edib, həmçinin Azərbaycan sahibkarlarını fəal əməkdaşlığa dəvət edib.

Forum zamanı Azərbaycan və Niderlanddakı işgüzar mühit və investisiya imkanları barədə təqdimatı keçirilib. Eyni zamanda, iki ölkənin sahibkarları arasında ikitərəfli görüşlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti