...

Bank VTB on mininci müştəriyə kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 13:13 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC on mininci müştəriyə kredit verib. Kredit bankın "Əcəmi" fililialına müraciət etmiş müştəriyə verilmişdir.
Bank VTB on mininci müştəriyə kredit verib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bank VTB (Azərbaycan) ASC on mininci müştəriyə kredit verib. Kredit bankın "Əcəmi" fililialına müraciət etmiş müştəriyə verilmişdir. Müştərinin mükafatlandırılması dekabrın 24-də Bank VTB (Azərbaycan) ASC-nin Bakı şəhəri, Xətai rayonu, Sarayev küç. 8 ünvanında təşkil olunacaq yeni filialın açılış mərasimində keçiriləcək.

Bankın on mininci müştərisi qiymətli hədiyyə, sertifikat və müəyyən kredit limiti olan "Gold" səviyyəli kredit kartı ilə təltif olunacaqdır. Hədiyyələri Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin təqdim edəcəkdir .

VTB-nın (Azərbaycan) bank məhsullarının geniş çeşidi müştərilərə kreditlər üzrə əlverişli seçim imkanı yaradır. Bank müştəriləri 11 000 AZN-dək girovsuz nağı kreditlər və ya kredit kartları, 50 000 AZN-dək girovlu istehlak kreditləri, beş il müddətinə ilkin ödənişi 10 % olan avtokreditlər, həmçinin sərfəli şərtlərlə biznes-kreditlər əldə edə bilərlər.

Bank VTB (Azərbaycan) ASC-nin idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı Departamentinin Direktoru İlnur Salahov: "Biz, Bank VTB (Azərbaycan) ASC-nin 2014-2016-cı illər üçün nəzərdə tutulmuş inkişaf strategiyası çərçivəsində, riteyl istiqaməti aktiv inkişaf etdirəcəyik. Belə ki, yalnız 2014-cü il ərzində Bakı şəhərində və Azərbaycanın regionlarında 10 filialın açılışını planlaşdırmışıq".

Arayış:

Bank VTB (Azərbaycan)ASC

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Rusiya tərəfndən - Bank VTB ASC və Azərbaycan tərəfindən - "AtaHoldinq" ASC-dirlər. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bank 4 filial və Baş ofisdə Müştəri Xidmətləri İdarəsilə təmsil olunur.

BankVTB(Azərbaycan) ASCMətbuat xidməti

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected]

www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti